Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Prosport.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə Kosovo ilə üz-üzə gələcək.
A qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.
Qeyd edək ki, İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla 2-ci, Azərbaycan yığması 5 xalla 3-cüdür. Eyni xala malik Kosovo 4-cü pillədə qərarlaşıb.
