Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, son olaraq B qrupunda 2 qarşılaşma keçirilib.
"Lənkəran" doğma meydanda "Ordu"ya 97:98 hesabı ilə uduzub. B qrupunun lideri "Şəki" isə səfərdə "Gəncə"yə yenilib – 77:91. Bununla da "Şəki" ardıcıl 2-ci yenilgisini alıb.
Xallarının sayını 24-ə çatdıran "Gəncə" yenidən liderliyə yüksəlib. Eyni xala malik "Şəki" 2-ci, "Ordu" 3-cü pillədə qərarlaşıb. 17 xalı olan "Lənkəran" sonuncu – 6-cı sıradadır.
Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Sabah" NTD-ni 96:85, "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib.
