Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Gəncə"nin məşqçi və oyunçuları məndən inciyib" – Şəhriyar Əsgərov
    5.02.2025 22:52:20

    "Artıq mən də məğlubiyyətdən yorulmuşdum".

    Prosport.Az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XIV turunda "Sumqayıt" ilə matçdan sonra deyib.

    Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib: "Dünənki məşqdə demək olar ki, yarım saat söhbət etmişik. Komandada hər şey var. Sadəcə, demək olar ki, qələbə ruhu itmişdi. Hər halda, "Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək. "Sumqayıt" çox yaxşı komandadır. Deyərdim ki, rəqiblərin gücləri eynidir. Bizi çəkindirən ötən dəfə onların bizim üzərimizdə ağır qalibiyyət ("Sumqayıt" yanvarın 15-də "Quba"ya 126:90 qalib gəlməklə çempionatda 1 oyuna maksimum xal atışı edən komanda olmuşdu – red.) qazanması idi. Bu gün bir qədər onun əvəzini çıxa bildik.

    Baş məşqçi olaraq rəqiblərin gücünə bələdik. Əvvəl də demişəm ki, bu qrupda hər bir komanda digərinə qalib gələ bilər. "Gəncə"nin məşqçi və oyunçuları buna görə məndən inciyib. Amma qrupumuz elədir ki, komandaların biri digərinə qalib gələ bilər. Sadəcə, "Lənkəran" heyətlə bağlı problem yaşayırdı. Yoluna qoyublar və oynayırlar. Eləcə də, "Sumqayıt"ın heyəti yerindədir, məşqçi işi də görünür. Yaxşı mübarizə oldu. Qalib gəlməyimiz sevindirici haldır. Nəhayət ki, qalib gəldik və Allah qoysa, davamı da gələr".

    Qeyd edək ki, "Quba" – "Sumqayıt" qarşılaşması nominal meydan sahiblərinin 90:80 hesablı qələbəsi ilə yekunlaşıb.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved