Azərbaycan Basketbol Liqasının XIV turunda "Quba" "Sumqayıt"a qalib gəlib.
Prosport.Az xəbər verir ki, Bakıda B qrupunda baş tutan matçda nominal meydan sahibi sayılan Quba təmsilçisi 90:80 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, XIV turun dünən keçirilən "Abşeron" – "Naxçıvan" matçı Naxçıvan təmsilçisinin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.
