Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, B qrupunda baş tutan matçda "Şəki" "Sumqayıt"la üz-üzə gəlib.
Şəki Olimpiya İdman Kompleksindəki matçda qonaqlar 98:93 hesablı qələbəyə sevinib. Bununla da "Şəki"nin ümumilikdə 8 oyunluq və ardıcıl 7 ev oyunundakı qələbə seriyası qırılıb.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD isə "Neftçi"ni 105:100 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
