Azərbaycan Basketbol Liqasının XIII turunda daha bir oyun keçirilib.
Prosport.Az xəbər verir ki, A qrupunda NTD və "Neftçi" komandaları üz-üzə gəlib. Görüş "ağ-qaralar"ın 100:105 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu gün B qrupunda "Şəki" "Sumqayıt"la üz-üzə gələcək. Şəki Olimpiya İdman Kompleksindəki matç saat 14:00-da start götürəcək.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" isə "Sabah"ı 67:59 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
