“Oyuna həmişəki qaydada hazırlaşmışdıq. Yaxşı məşqlərimiz oldu. Lakin hazırlıq zamanı düşündüklərimizi oyuna daşıya bilmədik".
Prosport.Az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XIII turunda “Abşeron”a 59:67 uduzması ilə bağlı fikirlərini bildirib: "Müdafiədə pis çıxış etməsək də, hücumda zəif təsir bağışladıq. Topladığımız xalların 75%-i Hassani Qravett və Klavs Çavarsın payına düşür. Oyunu analiz edəcəyik. Üzücü məğlubiyyət oldu. Amma nə etmək olar? Bu, idmandır”.
