Azərbaycan Basketbol Liqasında XIII tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk olaraq A qrupunda 2 oyun keçirilib.
"Naxçıvan" "Sərhədçi"ni (80:76), "Abşeron" isə lider "Sabah"ı (67:59) məğlub edib. Bu, "Sabah"ın cari mövsüm 3-cü məğlubiyyəti olub.
Hazırda "Sabah" 23 xalla A qrupunda liderdir. "Naxçıvan" 22 xalla 2-ci, "Abşeron" 19 xalla 3-cü, "Sərhədçi" 18 xalla 4-cü sıradadır.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
