"Çox vacib oyun idi və biz də yaxşı hazırlaşmışdıq. Bildiyiniz kimi, kubok oyunlarının qaydaları da fərqlidir. Ancaq bütün bunlara baxmayaraq, biz oyuna tam hazır idik və qarşılaşmada 30 assistimiz oldu".
Prosport.Az xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının baş məşqçisi Daviti Çivçivadze deyib.
O, Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"a üzərində qazanılan 103:90 hesablı qələbəni şərh edib: "Bunu hər zaman idmançılara xüsusi vurğulamışam ki, assist çox olanda, xal da çox olur. Odur ki, oyunda 103 xal yığdıq. Bu görüşdə bir daha sübut etdik ki, hücumda, əsasən də müdafiədə çox güclüyük və oyun ərzində bunun nəticəsini gördük. Növbəti çempionat oyunu da bizim üçün çox vacibdir. NTD ilə oyunumuz var və bu görüşə hazırlaşacağıq".
Qeyd edək ki, "Neftçi" 1/4 finalda "Sabah"la qarşılaşacaq.
