"Çox maraqlı bir qarşılaşmanın şahidi olduq".
Prosport.Az xəbər verir ki, bunu Azərbaycan Kubokunun 1/8 final mərhələsində NTD-yə 73:87 hesabı ilə uduzub mübarizəni dayandıran "Lənkəran"nın baş məşqçisi Georgi Kondruseviç deyib.
Belaruslu məşqçi Kubokda ilk matçdaca mübarizəni dayandırmalarına belə reaksiya verib: "Komandamız öz oyununu sərgiləməyə çalışdı. Bəzi məqamlarda buna nail olduq. Rəqibin oyunçusu Əkbər Məmmədov yaxşı çıxış etdi. Onun uğurlu performansı xüsusi ilə 4-cü dövrədə yaxşı çıxış etməyimizə mane oldu. İrəli baxmalıyıq. Azarkeşlərimizə dəstəkləri üçün təşəkkür edirik. Ümid edirik ki, ilk ev qələbəsi tezliklə gələcək".
