Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Prosport.Az xəbər verir ki, günün ilk oyununda B qrupunun autsayderi "Lənkəran" A qrupunun autsayderi NTD-ni qəbul edib.
Lənkəranda keçirilən qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 87:73. Beləliklə, NTD 1/4 finalda "Şəki"yə rəqib olub.
Qeyd edək ki, bu gün "Abşeron" – "Quba" görüşü saat 19:00-da start götürəcək. Bu raundun "Gəncə" – "Ordu" və "Sumqayıt" – "Neftçi" oyunları sabah təşkil olunacaq. "Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcək.
