Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Ordu"dan revanş almaq istəyirik" - Kapitan
    28.01.2025 11:40:54

    “Meydana yalnız qələbə üçün çıxacağıq”.

    Prosport.Az xəbər verir ki, bunu “Gəncə”nin basketbolçusu Elşad Şirzadov deyib.

    Kapitan “Ordu” ilə Azərbaycan Kubokunun 1/8 finalı öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, doğma meydanda oynamaq “Gəncə” üçün üstünlükdür: “Tribunalarda azarkeşləri görmək olduqca xoşdur. Oyun boyu bizə lazımı dəstəyi verirlər. Ona görə onları “Ordu” ilə kubok matçına da dəvət edirəm. Biz bu görüşə xüsusi motivasiya ilə çıxacağıq. Çünki sonuncu qarşılaşmada rəqibimizə uduzmuşuq. Məşqçilərimizin köməyi ilə oyuna intensiv məşqlər etməklə hazırlaşırıq. Meydana yalnız qələbə üçün çıxacağıq”.

    Şirzadovun sözlərinə görə, “Gəncə”nin heyətində iki milli üzvünün olması da əlavə gücdür: “Təbii ki, bu, belədir. Mən və Cəbrayıl Əkbərov yığmada çıxış edirik. Limitə görə də üstünlüyümüz var. U-21 yığmasında oynayan Azər Əzimovu, eləcə də Maqsud Rüstəmovu da unutmaq olmaz. Düşünürəm ki, bizim yerli oyunçularımız yetərincə güclüdürlər. Kubokda avantajımız var”.

    “Gəncə” və “Ordu” klubları qısa müddət ərzində 2 dəfə qarşılaşacaqlar. Kubok qarşıdurmasından 3 gün sonra komandalar çempionat matçında üz-üzə gələcəklər. Kapitan bildirib ki, liqa ilə kubokda limit fərqlidir: “Məşqçilər tərəfindən seçilən oyun sistemimiz var. Dediyim kimi, son çempionat matçında “Ordu”ya məğlub olduğumuzdan bu komandaya qarşı oyunlara ciddi hazırlaşırıq. Hər detalı incələyirik. Revanş almaq istəyirik. Bundan sonrakı bütün görüşlər bizim üçün çox vacibdir. 1/4-ə finala birbaşa adlamaq istəyirik. Məqsədimiz budur”.

    Qeyd edək ki, “Ordu” – “Gəncə” qarşılaşması fevralın 2-də keçiriləcək.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved