Azərbaycanda oynamış sabiq futbolçu Mario Bojiç dünyasını dəyişib.
Prosport.az xəbər verir ki, Bosniya serbi olan yarımmüdafiəçi 39 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Fəaliyyətini dayandırmış "Simurq" klubunun keçmiş oyunçusuna bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. 2 əməliyyata baxmayaraq, Bojiçin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisində 2 oyun keçirmiş Mario Bojiç 2012/2013 mövsümündə Zaqatala təmsilçisinin formasını geyinib. O, "Simurq"la Azərbaycan Premyer Liqasında 25 oyuna 6 qol vurub. O, 2016-cı ildə futbolçu karyerasını bitirdikdən sonra son klubu olan Serbiyanın aşağı divizion klubu "Loznitsa"da futbol direktoru işləməyə başlayıb.

