Respublika Şahmat Mərkəzi (RŞM) bağlanır.
Bu barədə Prosport.Az-a etibarlı mənbədən məlumat verilib.
1988-ci ildən fəaliyyət göstərən RŞM baxımsız vəziyyətdədir və artıq öz-özünü maddi cəhətdən saxlamaq iqtidarında deyil. Bu səbəbdən də fevralda RŞM direktorunun işdən çıxarılacağı və buranın Gənclər və İdman Nazirliyindən Azərbaycan Şahmat Federasiyasının balansına veriləcəyi gözlənilir. Federasiyanın ofisi şəhərin mərkəzində – Azərbaycan prospekti 32-də yerləşən ünvana köçəcək.
Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bunu saytımıza verdiyi açıqlamada təsdiqləyib: "Bu məsələ hələ işləmə əsnasındadır, planlaşdırırıq. Bunun üçün nazirliklə müəyyən müqavilə bağlanması lazımdır. Müqavilə bağlandıqdan sonra bu barədə nəsə demək mümkündür".
Qeyd edək ki, RŞM-ə noyabrda Elşən Məmmədov direktor təyin edilib.