Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "NTD böyük tarixə malik güclü klubdur" - Amerikalı basketbolçu
    24.01.2025 12:38:22

    "İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir".

    Prosport.Az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə açıqlamasında deyib.

    Amerikalı basketbolçu ötən tur qarşılaşdıqları “Abşeron”la oyuna toxunub: "Abşeron"a qarşı matçda komanda kimi böyük irəliləyişə nail olduq. Bu görüşdə topun meydançada necə hərəkət etdiyini görə bilərsiz. Oyundan zövq alırdıq. Belə oynadığınız zaman qələbələr də gəlir. Biz məşqlərdə çox çalışırıq. Komanda kimi birlikdə inkişafa davam edəcəyik. İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir”.

    Oyunçu hər komandaya qarşı rəqabət aparmaq gücündə olduqlarını bildirib: "Növbəti rəqibimiz "Naxçıvan"dır. Məşqçilər bizi matça çox yaxşı hazırlayıblar. Bilirik ki, "Naxçıvan" güclü klubdur və yaxşı oyunçuları var. Bizim üçün prioritet güclü tərəflərimizdən istifadə etməkdir. Bu halda hər komandaya qarşı rəqabət apara bilərik. Məşq həftəsi çox yaxşı keçdi".

    O, Bakı klubuna transferindən də danışıb: “NTD-yə keçidim çox tez baş verdi. Məşqçilər menecerimlə əlaqə saxladı və biz demək olar ki, dərhal qərar verdik. Klubun mənə güvəndiyinə və bu imkanı verdiyinə görə minnətdaram. NTD böyük tarixə malik güclü klubdur. Komandanın əvvəlki nəticələrini yenidən göstərməsi üçün əlimdən gələni edəcəyəm. Hər dəfə meydançaya çıxanda bacardığımdan daha artığını ortaya qoyuram. Komandada özüm kimi səy göstərən oyunçularla birlikdə çıxış etmək böyük xoşbəxtlikdir. Bir-birimiz, ailələrimiz və azarkeşlərimiz üçün ən yaxşı oyunu nümayiş etdirməyə çalışırıq".

    T.Boykin komandasının mövsümün ilk yarısındakı çıxışı ilə bağlı sualı cavablandırıb: “Mövsümün ilk yarısı gözlədiyimiz kimi keçmədi. Amma bunu artıq arxada qoymuşuq. Komandanın heyəti yenilənib. Oyunçular bir-birini yaxşı anlamağa başlayıblar. Məşqçilər yeni oyunçuların komandanın oyun üslubuna tez uyğunlaşması üçün böyük iş görüblər. Biz qələbələr üçün hazırlaşırıq".

    Qeyd edək ki, NTD Azərbaycan Basketbol Liqasının A qrupunda 13 xalla sonuncu - 6-cı yerdə qərarlaşıb.

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved