Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
Prosport.Az xəbər verir ki, günün yeganə matçında "Sərhədçi" "Abşeron" ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun oyununda "Abşeron" 85:79 hesablı qələbəyə sevinib. Bununla da "Abşeron" xalını 17-yə yüksəldərək "Sərhədçi"ni qabaqlayıb. Ərhan Tokərin yetirmələri hazırda 3-cü sıradadır.
Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq.
