Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tatyana Deniskina yığmadakı karyerasını başa vurub.
Prosport.Az xəbər verir ki, 39 yaşlı oyunçu bu barədə instaqram səhifəsində paylaşım edib.
Qeyd edək ki, Tatyana Deniskina 2009-cu ildən basketbolun 5x5 növü üzrə Azərbaycan millisində çıxış edirdi. O, 3x3 yığmamızdakı çıxışını isə davam etdirir.

