Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Bizə sanki yuxarıdan aşağı baxırlar" – Azərbaycanda çalışan türk məşqçi
    19.01.2025 09:20:27

    NTD komandası Azərbaycan Basketbol Liqasının XI turunda gözlənilmədən "Abşeron"a 87:77 qalib gəlib.

    Prosport.Az hər iki komandanın baş məşqçisinin fikirlərini təqdim edir:

    Tahir Baxşıyev (NTD): "Yaxşı oynadıq. Oyunçuları və azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Güclü rəqibə qarşı oynadıq. Oyuna yaxşı nəzarət etməyimiz məni sevindirir. Xüsusilə matçın sonunda. Oyun ritmini itirmədik. Oyunda az səhvlərə yol verdik. Bu çox yaxşıdır. Məşq edəcəyik, hazırlaşacağıq və inkişaf edəcəyik. Ümid edirəm ki, gələcəkdə bizi daha çox qələbələr gözləyir".

    Ərhan Tokər ("Abşeron"): "İlk olaraq onu qeyd edim ki, əsas oyunçumuz Ceyln Şou sıralarımıza geri dönsə də, cəmi 1 məşqdə özünü sınamaq şansı olmuşdu. Bu matçda toparlanıb oynamağa çalışdı. Gənc oyunçularımız (Məhəmməd Hüseynli və İsmayıl Abdullayev) ilk yarıda pis təsir bağışladı. Rəqib onları təzyiq altında saxladı və uğursuz atışlardan sonra xal fərqi yaranmağa başladı. Bu, NTD-də özgüvəni artırdı, bizdə isə əksinə oldu. Mental olaraq çöküş yaşadıq. Sona doğru rəqibin etdiklərinə reaksiya verməyə başladıq. Maqa (Məhəmməd Hüseynli) yaxşı oynamağa başladı. Həm müdafiədə, həm də hücumda bizə fayda verirdi. Buna baxmayaraq, fərqi qapada bilmədik və məğlub olduq. Başqa bir səbəb kimi yeni ilin ilk ayında ardıcıl oyunların keçirilməsini göstərə bilərəm. İstədiyimiz kimi məşq etməyə zamanımız yetmir. Yəni, nələrisə dəyişdirəcək, inkişaf etdirəcək vaxtımız çox olmur. Heç nə edə bilmərik. Mövsümün bu hissəsi bizim üçün çətin oldu. Bir də bir məsələ haqqında fikir bildirmək istəyirəm. Komandamız gənclərin olduğu, aşağı büdcəli komandadır. Bizə sanki yuxarıdan aşağı baxırlar. Mən elə düşünürəm. Hakimlər tərəfindən də verilən qərarlarda bunu hiss edirəm. Yanıla da bilərəm. Bu oyunda biz pis oyun sərgiləyə bilərik, amma matçın çox da yaxşı idarə edildiyini deyə bilmərəm. Sanki bizim əleyhimizə çox qərar verildi. Bunu kimsə bilə-bilə edir demirəm. Sadəcə bariz şəkildə bizim lehimizə olan foullarda istədiyimiz qərar verilmirdi. Bu bəlkə də bizim oyunçularımızın bədən dilindən qaynaqlanır. Hakimləri bu da çaşdıra bilər. Bütün bunları kənara qoysaq, deyə bilərəm ki, komandamız toparlanacaq və yenidən qələbələr qazanacaq. Bu matça görə rəqib NTD komandasını təbrik edirəm".

    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved