Azərbaycan Basketbol Liqasının XI turunda "Neftçi" lider "Naxçıvan"ı məğlub edib.
Prosport.Az xəbər verir ki, A qrupunun oyununda "ağ-qaralar" rəqibini 73:63 hesabı ilə üstələyib.
Günün son görüşündə "Sumqayıt" "Ordu"nu sınağa çəkib. "Sərhədçi" İdman Mərkəzində keçirilən B qrupunun qarşılaşmasında "Ordu" gözlənildiyi kimi, qalib gəlib – 89:82.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77 hesabı ilə məğlub edib.
