Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyunda "Sumqayıt" qələbə qazanıb.
Prosport.Az xəbər verir ki, B qrupunun matçında "gənclik şəhəri" təmsilçisi "Quba" kollektivinə 126:90 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dünən A qrupunun təxirə salınmış "Naxçıvan" - "Abşeron" matçı Naxçıvan təmsilçisinin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. IX turun oyunları dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
