Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyunda "Şəki" "Gəncə"ni məğlub edib.
Prosport.Az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 72:66.
Gəncə təmsilçisindən revanş alan şəkililər B qrupunda 18 xalla vahid lider olub. 17 xalı olan "Gəncə" və "Ordu" müvafiq olaraq 2-ci və 3-cüdür.
Qeyd edək ki, turun son matçı bu gün Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt"la "Quba" arasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səsləndiriləcək.
