Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Oyunçumuzun atası rəhmətə getmişdi, qələbəni ona həsr edirik" – MƏŞQÇİ FİKİRLƏRİ
    12.01.2025 10:10:23

    Azərbaycan Basketbol Liqasının IX turunda 11 yanvar tarixində keçirilən matçlarda "Sərhədçi" NTD-yə 78:64, "Şəki" "Lənkəran"a 111:82 və "Ordu" "Quba"ya 81:74 qalib gəlib.

    Prosport.Az bu oyunlardan sonra səsləndirilmiş məşqçi fikirlərini təqdim edir: 

    Tahir Baxşıyev (NTD): “Yeni transferlərdən razıyam. Lakin biz cəmi 3-4 məşq keçirdik. Komandamız yenilənib. Çətin olacaq. Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq. Daha çox məşq etməliyik. Biz ruhdan düşmürük. Hələ çempionatın çox hissəsi qabaqdadır. Növbəti oyuna hazırlaşacağıq. Hər növbəti matçda daha yaxşı oynayacağıq. Qələbələr mütləq gələcək. Sadəcə oyunçular bir-birini daha yaxşı tanımalıdır. Biz güclü bir komandaya qarşı oynadıq. "Sərhədçi" yaxşı basketbol nümayiş etdirir. Onların yaxşı məşqçisi var və onlar uzun müddətdir birlikdə oynayır. Lakin bizim də öz hədəflərimiz var və biz onlara doğru gedirik”.

    Evrən Alkaya ("Sərhədçi"): “Neftçi” ilə oyunu bəsit səhvlərdən sonra uduzmuşduq. Bundan sonra ciddi şəkildə hazırlaşdıq. Fasiləni yaxşı dəyərləndirdik, çox çalışdıq. Basketbolçularımız da yaxşı oynadı. NTD yaxşı heyətə və məşqçiyə sahibdir. Əlavə olaraq yaxşı transferlər də etdilər. Amma biz öz oyun üslubumuzu ortaya qoyduq. Çox yaxşı müdafiə olunduq. Bununla bərabər, hücumdakı şanslarımızı yaxşı dəyərləndirdik. İlk yarıda çox ciddi müdafiə olunub rəqibin “3-lük” atmasının qarşısını aldıq. 1 periodda yorulduq və rəqib “3-lük”lər ataraq tarazlıq yaratdı. Amma bilirdik ki, oyunçularımız yaxşı durumdadır. 4-cü periodda düzgün hücumlar quraraq qələbə qazandıq. Oyunçulara, məşqçilərə çox təşəkkür edirəm. Hamı bu qələbə üçün böyük əmək sərf etdi. Bu yaxşı oyuna görə NTD-ni və baş məşqçi Tahir Baxşıyevi tərbik edirəm. Bilirəm ki, bundan sonra onlar yaxşı nəticələr qazanıb rəqiblərə başağrısı olacaq”.

    Georgi Kondruseviç ("Lənkəran"): "Artıq uzun müddətdir ki, tam heyətlə mübarizə apara bilmirik. Bu matçda da cəmi 2 uzunboylu oyunçumuz var idi. Çox az rotatsiya şansımız  var idi. Bu da öz sözünü dedi. Rəqib komandanın uzaq məsafələrdən atışlarınən 60%-i dəqiq oldu ki, bu da az hallarda belə olur. Birə-birlərdə də yaxşı oynadılar. "Şəki"ni qələbə münasibəti ilə təbrik edirəm. Şübhəsiz  deyə bilərik ki, onlar bu gün daha yaxşı idi. Tam heyətimizin yığılmasını gözləyəcəyik. Yeni oyunçularımız da pis təsir bağışlamadı. 2-3 həftəyə onlar bizə tam adaptasiya olacaq. Bundan sonra azarkeşlər tamam fərqli "Lənkəran" görəcək. 7 məğlubiyətdən sonra idmançıların mental olaraq özünə gəlməsi çətindir. Amma ümid edirəm ki, onlar vəziyyətin fərqinə varacaq və tam heyətlə olduğumuz zamanı oynadıqları basketbolu sərgiləyəcək".

    Bedri Meriç ("Şəki"): "Nigeriyalı basketbolçumuz Pol Dibalın atası yanvarın 1-də rəhmətə getmişdi. Biz Lənkəranda qazandığımız qələbəni ona həsr edirik. Onun ruhu üçün oynadıq. "Lənkəran"ın heyətində yeni oyunçular vardı. Ancaq biz xüsusən 2-ci hissədə çox yaxşı oynadıq. Biz artıq Azərbaycan basketbol ictimaiyyətinə göstərmişik ki, yuxarı sırada olmağa qadir komandayıq. Yanvarın 15-də "Gəncə" ilə təxirə salınmış matçımızda liderlik üçün oynayacağıq. Əgər bu cür müdafiədə etibarlı oynasaq, o matçda da qalib gələcəyik. Bugünkü matçda yeni transferimiz Terens Hanter-Vitfild də gözəl oynadı. Onun əvvəlki matçlarını da izləmişdim. Məncə, gözlədiyim kimi də oyun nümayiş etdirdi, komandaya çox faydası dəydi".

    Alberto Blanko (“Ordu”): “Əsasən bərabər səviyyəli oyun getdi. İlk 2 periodda yaxşı oynadıq. Xüsusilə müdafiədə yaxşı təsir bağışladıq və xal fərqini artırdıq. Ancaq böyük fasilədə oyunmuzda ciddi problemlər oldu. Hücumda və müdafiədə ciddi səhvlərə yol verdik. Bunun da nəticəsində rəqib hesabda önə çıxdı. Ancaq qarşılaşmanın son 5 dəqiqəsində əla təsir bağışladıq. Oyunçularım sözün əsl mənasında xarakter göstərdi. Onları təbrik edirəm. Bu o deməkdir ki, onlar artıq psixoloji baxımdan da inkişaf edir. Düzdür, bu gün 3 xallıq atışlarda çox pis idik. Ancaq oyunçularım başqa yollar axtardı və qələbəni qazana bildi. Heyətlə bağlı problemlərimiz var idi. Rüstəm Əliyev oyunun əvvəllərində zədələndi, Səid İsmayılovun isə oyun praktikası yoxdur. İstənilən halda, qələbə qazandığımıza görə çox sevinirəm. Oyunçuların xarakter göstərməsi sübut edir ki, biz düzgün yoldayıq və gələcəkdə daha da yaxşı olacağıq”.

    Şəhriyar Əsgərov (“Quba”): "Bərabər səviyyəli oyun getdi. Sadəcə, rotasiyanın  geniş olmaması və Zaur Paşayevin də xəstə olduğu üçün oynamaması öz təsirini göstərdi. Bu oyunda qalib gəlməliydik. Matç ərzində bəzi hakim səhvləri də oldu. Demirəm ki, subyektiv səhvlərdir. Cavan hakimdir, müəyyən epizodlarda təsirini göstərdi. Amma müdafiədə gözəl oynadıq. Oyun ərzində 17 cərimə atışının düşməməsi faciə deməkdir. "Ordu"da isə demək olar ki, cərimə atışlarının hamısı düşdü. Hesabda önə də keçmişdik. Amma itkilər və rotasiya problem yaratdı. Bir də, dediyim kimi hakimin bəzi epizodlarda səhvi də təsirsiz ötüşmədi. Çalışacağıq ki, növbəti matçlarda azarkeşlərimizi sevindirək. Pley-off şanslarını hələ itirməmişik. 1 oyunçumuz da gəlməlidir. Onunla hər şey tamam fərqli olacaq. Elə bugünkü rəqiblə növbəti 2 oyunda qalib gələ də bilərik. Çalışıb növbəti 2 oyunda qələbə qazanmalıyıq. Çox çətin qrup alındı. Demək olar ki, hamı bir-birinə uyğun rəqiblərdir. Autsayder yoxdur. Cədvələ baxanda, autsayder görünür, amma heç bir oyun asan deyil".

    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Top oyunları

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved