Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Gəncə" deyildiyi kimi güclü komanda deyil" – "Quba"nın baş məşqçisi
    11.01.2025 12:58:56

    “Bu gün oyuna qələbə üçün çıxacağıq”.

    Prosport.Az xəbər verir ki, bunu "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

    Təcrübəli mütəxəssis ABL-in X turu çərçivəsində “Ordu” ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, qarşılaşmada hədəfləri xal itirməməkdir: "Komandalar heyətlərini gücləndirib. Hər biri özünün çatışmayan cəhətini düzəltməyə çalışıb. Yəqin ki, "Ordu" da bu müddətdən istifadə edib və heyətinə yeni oyunçular qatıb. Biz bu gün qələbə qazanmaq istəyirik. Oyun hər şeyi göstərəcək”.

    Əsgərov mübarizə apardıqlaqları B qrupunu da dəyərləndirib: “Üçhakimiyətlilik davam edir. "Şəki", "Gəncə" və biz 1 oyun az keçirmişik. "Ordu"nun "Gəncə" üzərində qələbəsi də var, amma bunu sensasiya saymıram. Bilirsiz, "Gəncə" deyildiyi kimi güclü komanda deyil. Biz o komanda ilə 3 hissə bərabər səviyyədə mübarizə apardıq. Sadəcə, sonda oyunçuların yorğunluğu öz sözünü dedi. Onların heyəti isə genişdir, rotasiya edə bilirlər. Bizdə bu sarıdan yenə problem ortaya çıxa bilər. Çünki heyətimizi genişləndirə bilməmişik. Yalnız Fikrət Ələkbərov istisnadır. Onun komandaya gəlişi işimizi xeyli asanlaşdıracaq. O, sevdiyim, çox yaxşı və ağıllı oyunçudur. Komandadakı çatışmazlığı Fikrətin gəlişi ilə də aradan qaldırmağa çalışacağıq”.

    Baş məşqçi uzun fasilələrin bəzən oyun ritminə də təsir etdiyini də vurğulayıb. O bildirib ki, bu, labüd idi, olmalıydı: “Hansı komanda bu tətildən yaxşı istifadə edə bilibsə, qalib gələcək. Çempionatın növbəti mərhələsinin daha maraqlı olacağını düşünürəm. Sözsüz ki, biz də liderlik üçün çalışacağıq. Heyətimiz pis deyil. Müəyyən uğurlar qazanmaq üçün mübarizə aparacağıq".

    Qeyd edək ki, “Ordu” – “Quba” qarşılaşması bu gün saat 16:30-da başlayacaq.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved