Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Unutmaq lazım deyil ki, oyun 10 yox, 40 dəqiqədir" - Rimas Kurtinaytis
    9.01.2025 09:48:44

    "Basketbolçularımız möhtəşəm oyun nümayiş etdirdilər".

    Prosport.Az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının X turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

    Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb: "Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Möhtəşəm oyun nümayiş etdirdilər. Ehtiyatda olan qarşılaşmada qalib gələ bilsək, turnir cədvəlində liderliyə yüksələcəyik. "Sabah"la matça yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşdə təəssüf ki, son saniyə atışı ilə hesabda geriyə düşmüşdük. Etdiyimiz üç atış da uğursuz olduğu üçün uduzmuşduq. Amma bu gün üç oyunçumuz əla xarakter göstərdilər. "Naxçıvan" komandası çempionata rəng qatır. Çünki yaxşı və mübarizəli basketbol oynayırıq. Mövsümün sonunda çempionatda və ölkə kubokunda uğur qazanmaq istəyirik".

    "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis isə müdafiədə fərdi səhvlər buraxdıqlarını və bunun da hesabda əksini tapdığını vurğulayıb: "Rəqib layiqli qələbə qazandı. Adətən oyunda üstünlük bizim tərəfimizdə olsa da, bu dəfə gedişata diqtə edən tərəf onlar idi. Görüşün əvvəli bərabər səviyyəli keçdi. Daha sonra rəqib hesabda önə çıxarkən oyunumuzda tələskənliyə yol verdik. Unutmaq lazım deyil ki, qarşılaşma 10 yox, 40 dəqiqədir. Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı".

    O, yeni transferlərin çıxışları barədə danışıb: "Yeni transfer olunan basketbolçuların keyfiyyətli oyun nümayiş etdirdiklərini söyləyə bilərik. Lakin oyun fəlsəfəmizə uyğunlaşmaq üçün zamana ehtiyac var. Basketbol intellekti yüksəkdir. Düşünürəm ki, bizim üçün faydalı olacaq”.

    Qeyd edək ki, "Sabah" - "Naxçıvan" qarşılaşması qonaqların 80:75 hesablı qələbəsi ilə yekunlaşıb.

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved