"Abşeron" heyətinə yeni basketbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, gənc oyunçu Məhəmməd Hüseynli ilə müqavilə imzalanıb. Onun sözləşməsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Məhəmməd Hüseynli son olaraq NTD-nin formasını geyinib.
