Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Cüdo
    Millimizin baş məşqçisi: "Səid bəzən tərcümələrdə mənə KÖMƏK EDİR"
    3.04.2023 19:05:24

    Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytında müəllif Cou Krouli tərəfindən Azərbaycanın kişilərdən ibarət milli yığmasının baş məşqçisi Rixard Trautman və idmançımız Səid Mollayi haqqında məqalə dərc olunub.

    Prosport.az “Trautman və Mollayi: Güvən və Texnika” başlıqlı məqalənin Azərbaycan dilinə tərcüməsini təqdim edir:

    "Dünya və ikiqat Olimpiya mükafatçısı Rixard Trautman düz bir il əvvəl cəsarətli addım ataraq 2022-ci ilin mart ayından etibarən Azərbaycan milli yığmasının baş məşqçisi oldu.

    Trautman Bakıya gəldikdən qısa müddət sonra komandaya dünya çempionu, Olimpiya mükafatçısı, çətin keçmişə sahib olan, sabitlik və əbədi yurd axtaran biri qoşuldu. Səid Mollayi qlobal cüdo ictimaiyyəti tərəfindən qaçqın kimi dəstək alırdı və Monqolustan komandasında 3 ildən az vaxt keçirtmişdi.

    Dünya cüdo həvəskarları Mollayiyə rəğbət bəsləyir və onunla israilli idmançı Saqi Muki (Macarıstan, 2022) arasındakı dostluqdan çox şey öyrənildi: idman sülhə doğru mühüm addım kimi vurğulandı, həmişə idmanın və dostluğun bütün digər maneələri üstələyə biləcəyi fikri sübut edildi. Trautman deyir: “Əlbəttə ki, İsraillə bağlı məsələ ətrafında danışıqlar çox gedirdi, lakin keçən yay Səid Mollayi Saqi Muki ilə ilk dəfə qarşılaşanda onun məşqçisi olacağımı heç təsəvvür etməmişdim”.

    Artıq Azərbaycanda olanda Mollayi dərhal Almaniyadan tanıdığı məşqçi Trautmanla əlaqə saxlayıb. Trautman hekayəyə əlavə edir: “Bizim uzun müddət idi ki, əlaqəmiz var idi. Mən Almaniyada işləyəndə Səid Dominik Reselin əsas rəqbilərindən idi. Bununla belə, biz onu Kölndə məşq mərkəzinə qəbul etdik. 

    Mənə dedilər ki, Səid Bakıya gələcək və mən çox sevindim, çünki o çox peşəkar idmançıdır və biz eyni dildə danışırıq. Səid ingilis, alman, fars və ana dili azərbaycanca da danışdığı üçün bəzən tərcümələrdə də mənə kömək edir.

    İlk öncə biz aramızda düzgün kommunikasiya qurmaq üçün çox işlədik. Səid həqiqətən də heyrətamiz bir idmançıdır, artıq Olimpiya və dünya mükafatçısıdır, lakin o həmişə dinləyir və hər dəfəsində daha yaxşı olmaq istəyir və bu onun güclü tərəfidir”.

    Antalyada biz Səid Mollayinin fərqli tərəfini gördük. İllərdir ki, onun cəsarətli güləş üslubu bizi heyran edir (Səyid Mollai sərbəst güləşlə məşğul olub və 18 yaşından  cüdoya başlayıb). O, rəqiblər tərəfindən yaradılan imkandan istifadə edib və dayanmandan fənd tətbiq edib.

    Antalyadakı "Böyük Dəbilqə" turnirində Mollayini fərqli yanaşma ilə gördük. O, rəqibləri arasındakı məsafəyə tam nəzarət edirdi və cüdonun əsas prinsiplərindən istifadə edirdi.

    Məşqçi Trautman davam edir: “Mənim işim odur ki,  bu üslubda Səid özünə daha çox inansın. Deyə bilmərəm ki, ona bu yeni texnikaların hamısını mən öyrətmişəm. Mən ona vəziyyətləri necə hazırlamaq və bu texnikaları necə tətbiq etmək barədə fikirlər verirəm. Biz klassik hücumların tətbiq olunacağı vəziyyətlər üzərində işləyirik. Onun həmişə güclü “ashi-wazası” olub, lakin indi bu üslubların hər ikisi ilə bu səviyyədə mübarizə apara bilmək böyük üstünlükdür və hər ikisini tətbiq etmək üçün əlavə inam yaratmaq vacib idi.

    Səidin texnikası güclüdür, lakin o onlardan nə vaxt istifadə edəcəyini bilmirdi. Düzgün tərəfə üstünlük vermək və hücumları başlamaq üçün düzgün andan istifadə etmək vacibdir və indi bu onda daha yaxşı alınır.

    O, Azərbaycana gələndə ilk suallarından biri fiziki proqram haqqında idi. Fiziki hazırlıq üçün məşqçimiz var, amma mən ondan nə istədiyini soruşdum. Səid əslində mənim əvvəlki komanda üzvlərimdən güclü deyil, amma dinamik güc başqadır. Çox güman ki, Səidin güləş keçmişi onun inanılmaz əsas gücünə töhfə verib. Həqiqətən də o, görkəmli idmançıdır və bunu qoruyub saxlamaq  vacibdir”.

    Komandanın yeni və yüksək səviyyəli üzvünü idarə etmək, eyni zamanda bu xüsusi məşqçilik rolunda yeni olmaq və öhdəsindən gəlmək asan deyil, həmçinin  zədə olduqda bu daha da  mürəkkəbləşir. 2022-ci ilin dekabrında Qüdsdəki Masters yarışmasının ertəsi günü Səid planlaşdırılmış dirsək əməliyyatı keçirtdi. 

    “Səidin dirsək əməliyyatından sonra reabilitasiya zamanı mən yaxın dostum, fizioloqla əlaqə saxladım. O, Almaniyada qadın komandası ilə işləyir. Səid Almaniyada onlara yaxın yaşayırdı və əməliyyatdan sonra bərpa işlərinin çoxunu  birgə keçirtdilər.  Səid cüdoya qayıdanda onun kənarda olduğunu hiss edə bilmədik, görülən işin keyfiyyəti bəlli idi. O dərhal Parisdə  məşq etməyə hazır idi. Səid biz düşündüyümüzdən daha tez tatamiyə qayıda bildi, lakin biz həqiqətən fiziki cəhətdən onun möhkəm olmasını istəyirdik və Təl-Əvivdə çıxış etməməsi qərarına gəldik, sonra o Yaponiyada məşqlərinə davam etdi. Daha sonra onun yenidən yarışa hazır olduğunu hiss etdik”, – deyə Rixard Trautman bildirib.

    Səidin Antalyada apardığı görüşlər rəngarəng və düzgün hesab olunur, tamaşaçıların və digər nümayəndə heyətlərinin, və hətta BCF ekspertlərinin müsbət rəyini aldı. Məşqçinin təsvir etdiyi kimi, bu, yeni texnikalar məsələsi deyil, bu artıq sahib olduğu cüdo texnikalarının inamlı tətbiqindən irəli gəlir. Görüşlər  həyəcanlı keçirdi və rəqibləri üçün şübhəsiz ki, müəyyən problemlər yaradacaq.

    Mollayi “de-ashi-harai” tətbiq edərək Antalyada yarımfinalda Boltaboyeva (özbəkistanlı idmançı) qalib gəlib:

    Trautman deyir: “Səid Avropa çempionu olmaq istəyir. Bu onun bu titulu almaq üçün ilk şansıdır, lakin əlbəttə ki, əsas məqsəd Parisdəki Olimpiya Oyunlarındakı qızıl medaldır”.

    Cüdo

    Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo yarışları keçiriləcək

    10.09.2025 16:52:32
    Cüdo

    Yığmamız San-Pauluda təlim-məşq toplanışında

    9.09.2025 13:15:08
    Cüdo

    Bakıda yeni cüdo zalı istifadəyə verildi

    8.09.2025 11:15:04
    Müsahibə

    "Avropa çempionatını Ukrayna boykot etdi deyə belə alındı" – Baş məşqçi

    8.09.2025 09:38:27
    Cüdo

    Cüdo yığmamız Avropa çempionatında 5-ci oldu, Fransa qızıl medal qazandı

    7.09.2025 19:04:31
    Cüdo

    Oğlan cüdo yığmamız Slovakiyada 1-ci oldu, 3 idmançımız tarixə düşdü

    7.09.2025 12:41:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Alfonso Dominqes dünya çempionatının yarımfinalında

    10.09.2025 22:38:38

    Millimiz Gürcüstanı məğlub etdi

    10.09.2025 22:07:04

    "Neftçi" Ramil Şeydayevlə vidalaşdı

    10.09.2025 19:54:11

    "Çempionlar Liqasında oynayacağımı düşünmək hələ də mənə inanılmaz gəlir" - "Qarabağ"ın qapıçısı

    10.09.2025 18:37:54

    "Qəbələ" yetirməsini icarəyə götürdü

    10.09.2025 18:16:29

    "Erlinq Holann hər qoldan sonra məndən üzr istəyirdi" - "Araz-Naxçıvan"ın 11 top buraxan qapıçısı

    10.09.2025 17:39:15

    "Bizə Azərbaycanın “Barselona”sı deyirlər" - Mateuş Koxalski

    10.09.2025 17:15:02

    Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo yarışları keçiriləcək

    10.09.2025 16:52:32

    Azərbaycan millisi yoldaşlıq oyununda Vyetnama qalib gəldi

    10.09.2025 16:17:22

    Premyer Liqa klubunda 2 ayrılıq

    10.09.2025 15:38:08

    Çempionlar Liqası: "Liverpul" favorit sayılır, "Qarabağ"a şans verilmir

    10.09.2025 15:16:12

    Gəncə klubuna yeni sponsor gəldi – EKSKLÜZİV

    10.09.2025 14:50:43

    Azərbaycan klubu yeni transferini açıqladı

    10.09.2025 14:13:55

    Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat aldı

    10.09.2025 13:40:15

    "Qarabağ"la oyun öncəsi "Benfika"da ciddi itki

    10.09.2025 13:12:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved