Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Çempionlar Liqası matçının Bakıda keçirilməsi önəmli hadisə olacaq" - Baş katib
    29.12.2024 18:44:03

    "FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq".

    Prosport.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında FIBA Çempionlar Liqasının ilk pley-in oyununun Bakıda keçiriləcəyinə münasibət bildirərkən deyib.

    O, təşkilatçılıqla bağlı təcrübəyə malik olduqlarını bildirib: “Türkiyə Basketbol Federasiyası və “Aliağa Petkim Spor” klubu bizə müraciət etdi. Komanda Bakıya yanvarın 5-də gələcək. Təşkilatçılıq baxımından təcrübəmiz var. “Sabah” klubu avrokuboklarda oynayıb. Bu səbəbdən xarici komandanın gəlişi, qidalanması, akkreditasiyası və başqa məsələlərlə bağlı təcrübəyə malikik”.

    O, federasiya tərəfindən lazımi işlər görüldüyünü vurğulayıb: “Bildiyiniz kimi, İsrail və Türkiyə klubları neytral meydanda qarşılaşırlar. “Aliağa Petkim Spor” Azərbaycanda basketbolun inkişaf etdiyini nəzərə alaraq bizə müraciət edib. Komanda ev oyununu Azərbaycanda, səfər matçını isə Macarıstanda keçirəcək. İlk iki oyunda hesab bərabər olarsa, üçüncü görüş yenidən Azərbaycanda keçiriləcək. Bu matç yanvarın 22-də baş tutacaq. Təşkilatçılıqla bağlı heç bir problem olmayacaq. Federasiya tərəfindən lazımi işlər görülür. İstər rəsmi, istər qeyri-rəsmi olaraq klublarla təmasdayıq. Hakimlər, oyuna gələcək nümayəndə bəllidir. Pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq. Çünki Çempionlar Liqası FIBA-nın nüfuzlu turnirlərindən biridir. Bütün azarkeşləri yanvarın 7-də, saat 19:00-da Bakı İdman Sarayına dəvət edirəm”.

    Qeyd edək ki, FİBA Çempionlar Liqasında yanvarın 7-də Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda baş tutacaq. İki görüşə hesab bərabər olarsa, yanvarın 22-də üçüncü oyun da məhz Bakıda baş tutacaq.

    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved