"Sumqayıt" basketbol klubunda ayrılıq reallaşıb.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Cavon Danielslə vidalaşıb.
Amerikalı oyunçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasının B qrupunda autsayder olan "Sumqayıt" daha əvvəl Eli Lourensi heyətinə qatıb.

