Yanvarın 7-də FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkimspor" və İsrailin "Hapoel" (Holon) klubları arasında ilk pley-in oyunu Bakıda keçiriləcək.
Prosport.Az xəbər verir ki, İsrail klubu 2 ölkə arasında münasibətlərə görə İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda – Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.
Cavab qarşılaşması isə yanvarın 14-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bakı sponsoru SOCAR olan "Petkimspor"un, Budapeşt isə "Hapoel"in ev meydanı sayılacaq.
Qeyd edək ki, əgər pley-in görüşlərində hesab bərabər olarsa, 22 yanvar tarixində baş tutacaq 3-cü oyun da məhz Bakıda baş tutacaq. Qalib komanda 1/8 finala vəsiqə qazanacaq.
