“Sumqayıt” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, klub amerikalı oyun qurucusu Eli Lourensi transfer edib.
24 yaşlı basketbolçu karyerasına 2019-cu ildə “Midl Tenesi Blu Rayders” klubunda başlayıb və ötən ilədək bu komandada oynayıb. Onun son komandas; Teksas A&M Universitetininki olub. 1.94 metr boya malik basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

