Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Ordu" "Lənkəran"ı məğlub edib.
Qarşılaşma 99:51 hesabı ilə başa çatıb. Bu, cari mövsüm üçün ən böyük hesablı qələbə kimi tarixə düşüb. Bunadək "Şəki" "Sumqayıt"ı noyabrın 3-də III tur çərçivəsində 101:61 hesabı ilə məğlub etmişdi.
B qrupunda xallarının sayını 15-ə çatdıran "Ordu" liderliyə yüksəlib. Lakin 14 xalı olan "Gəncə" və "Şəki" hələ meydana çıxmayıb. 10 xalı olan Lənkəran təmsilçisi 5-ci sıradadır. Günün 2-ci görüşündə A qrupunda "Neftçi" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünən A qrupunun lideri "Sabah" NTD-yə qalib gəlib – 94:68.
