Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Son 7 gündə 3 səfər matçına çıxıb, qalib gəldik" – "Şəki"nin baş məşqçisi
    23.12.2024 10:30:35

    Azərbaycan Basketbol Liqasının "Sumqayıt" – "Şəki" görüşündən (66:89) sonra hər iki komandanın baş məşqçisinin fikirləri məlum olub.

    Prosport.Az onların fikirlərini təqdim edir:

    Vadim Kuramşın ("Sumqayıt"): "Əvvəlcə, rəqibi qələbə münasibətilə təbrik edirəm. "Şəki" bizdən fərqli, daha komplektləşmiş komandadır. Komandamızda heyətlə bağlı ciddi problemlər var. Limit 4-1-dir, biz 3-2 ilə oynayırıq. Bütün bunlar nəticəyə mənfi təsir göstərir. Hər oyunda eyni problemlərlə üz-üzə qalırıq. Ümid edirəm ki, qış fasiləsində biz heyətimizi gücləndirə biləcəyik. İndiki məqamda "Sumqayıt"ın ən böyük problemi Saadettin Donatın faul limitindən əziyyət çəkməsidir. Elə ki o ehtiyat oyunçular skamyasına əyləşir, oyun dağılır. Düz 3 aydır ki, biz bunun əziyyətini çəkirik. Bizim Donatı əvəzləyəcək oyunçumuz yoxdur. İlk hissədə rəqiblə başabaş oynadıq. 3-cü periodda Saadettin faulları sıralayınca, nəzarəti itirdik. Rəqib ribaundlarda bizi üstələdi. Bir də ki, Aleks Koldvelli saxlaya bilmədik".

    Bedri Meriç ("Şəki"): "Əvvəla, oyunçularımı bu qələbəyə görə təbrik edirəm. Çünki son 7 gündə 3 səfər matçına çıxıb, qalib gəldik. Bizdən başqa belə oyun təqviminə malik komanda yoxdur. Oyunçularım bu 3 səfər matçında güclü xarakter nümayiş etdirdi. Sumqayıta da qələbəyə inanaraq gəlmişdik. Açığı, ilk hissədə yaxşı müdafiə oluna bilmədik. Ancaq fasilədən sonra müdafiəni yaxşı qurub böyük fərqlə qalib gəldik.

    Açığı, heç kim bizim bu qədər xal toplayacağımızı gözləmirdi. Növbəti turdakı rəqibimiz "Gəncə" çox yaxşı komandadır. Şəkidə oynayacağımızdan, sonadək mübarizə aparacağıq. Qalib gəlsək, qrupda lider olacağıq.

    Yeni transferimiz Terens Hanter-Vitfild çox istəklidir. Hamı bayrama görə Vətəninə qayıdanda, o, Azərbaycana gəlmək istədiyini bildirdi. Dekabrın 27-si Azərbaycana gələcək. Yanvarda "Lənkəran"la səfərdə keçirəcəyimiz matçda meydanda olacaq".

    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved