Azərbaycan Basketbol Liqasında VIII tura start verilib.
Prosport.Az xəbər verir ki, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən görüş "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Neftçi"nin ardıcıl 2-ci qələbəsi olub. Komanda bu qələbə ilə sonuncu sıranı tərk edib.
Qeyd edək ki, VIII turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.
