"Şəki" Azərbaycan Basketbol Liqasının VII turunda "Ordu"nu məğlub edib.
Prosport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən B qrupunun matçı bölgə təmsilçisinin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, tərəflərin Bakı İdman Sarayında keçirilmiş ilk matçında "hərbçilər" 20 xal fərqlə qalib gəlmişdi.
Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Şəki" 2-ci pilləyə yüksəlib. 11 xala malik "Ordu" 3-cü sıraya düşüb.
Günün ilk matçında "Gəncə" səfərdə "Quba"nı məyus edib – 95:78. A qrupunda "Abşeron" – "Sərhədçi" görüşü saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77 hesabı ilə üstələyib.
