Basketbolun 3x3 növündə yeni turnir təsis olunub.
Prosport.Az xəbər verir ki, Çempionlar Kuboku adlanan yarışda dünyanın ən güclüləri iştirak edəcək. Turnirdə olimpiya çempionları, öz qitələrində kubok qazananlar və dünya reytinqində ən yüksək pillələrdə yer alanlar, həmçinin meydan sahibləri mübarizə aparacaqlar.
2025-ci ildən keçiriləcək yarışa ardıcıl 5 dəfə Tailandın paytaxtı Banqkok ev sahibliyi edəcək. Turnirdəki dəqiq komanda sayı və seçim meyarları yaxın müddətdə dəqiqləşəcək. Azərbaycan komandalarının da iştirak ehtimalı bundan sonra bəlli olacaq.
Qeyd edək ki, ilk turnir martın 14-16-da keçiriləcək.
