"Təəssüf ki, heyətimiz geniş deyil".
Prosport.Az xəbər verir ki, bunu "Lənkəran" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç "Gəncə"yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra deyib.
Belaruslu mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib: “Rəqib çox güclü idi. Çox çalışdıq, amma heyətdə olan itkilər matç boyu intensiv şəkildə mübarizə aparmağımıza imkan vermədi. Rəqibin heyətində çox oyunçular var. Təəssüf ki, bizim heyət geniş deyil. Bir neçə mövqedə boşluqlar mövcuddur".
Qeyd edək ki, "Gəncə" – "Lənkəran" qarşılaşması meydan sahiblərinin 94:66 hesablı qələbəsi ilə yekunlaşıb.
