Azərbaycan Basketbol Liqasının VI turunda "Gəncə" "Lənkəran"a qalib gəlib.
Prosport.Az xəbər verir ki, B qrupunun oyununda Qərb təmsilçisi 94:66 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura sabah reallaşacaq şimal derbisi – "Quba" – "Şəki" oyunu ilə yekun vurulacaq.
