"Lənkəran" basketbol komandasının türkiyəli məşqçisi Alpərən Kılıçoğlu hərbi xidmətə çağırılıb.
Prosport.Az-ın xəbərinə görə, 25 yaşlı türkiyəli məşqçi hazırda vətəninda hərbi xidmətdədir.
Onun vətənə borcu ödənişli olduğundan, cəmi 1 ay çəkəcək. Yanvardan sonra Kılıçoğlu yenidən işinin başına dönəcək.
Qeyd edək ki, Alpərən Kılıçoğlu belaruslu baş məşqçi Georgi Kondruseviçin köməkçisidir.
