"Oyunun ilk 2-3 dəqiqəsində rəqibin kəskin hücumlarının qarşısını ala bildik. Amma sonradan nəzarəti itirdik. Xeyli top itkisinə yol verdik".
Prosport.Az xəbər verir ki, bunu "Sumqayıt" basketbol komandasının baş məşqçisi Aleksandr Mixaylov deyib.
Rusiyalı məşqçi Azərbaycan Basketbol Liqasının VI turunda Bakıda "Ordu"ya böyük hesabla uduzması barədə danışıb: "Rəqibin gücündən xəbərdar olsaq da, yersiz qərarlar qəbul etdik. Əsas da komanda oyununundan uzaqlaşdıq. Fərqin böyüməməsi üçün ardıcıl taym-autlar götürdüm. Amma bunun heç bir faydası olmadı. Hərə özünə oynadı. Ona görə də ədalətli nəticə qeydə alındı. Doğrudur, son periodda atışlarımız alındı, amma artıq gec idi. İstənilən halda, bizi dəstəkləmək üçün Bakıya gələn sumqayıtlı azarkeşlərə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik".
