Azərbaycan Basketbol Liqasının VI turunda "Sabah" "Sərhədçi"yə qalib gəlib.
Prosport.Az xəbər verir ki, A qrupunun oyununda lider olan "bayquşlar" ilk 3 perioddan sonra geridə olsa da, sonda 67:64 hesablı qələbə qazanıb.
Qeyd edək ki, günün ilk matçında "Naxçıvan" "Neftçi"ni 83:72 hesabı ilə üstələyib. Turun digər qarşılaşmaları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.

