"Neftçi" cari mövsüm Azərbaycan Basketbol Liqasında keçirdiyi 6-cı oyunda da məğlub olub.
Prosport.Az xəbər verir ki, A qrupunda yer alan "ağ-qaralar" VI turda "Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 83:72.
Xallarının sayını 11-ə çatdıran "Naxçıvan" 1-ci pillədə qərarlaşıb. 6 xalı olan "Neftçi" sonuncu – 6-cıdır.
Qeyd edək ki, günün digər matçında "Sabah" "Sərhədçi"nin müqavimətini qırmağa çalışacaq. Turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.

