"Sumqayıt" mövsümdə ilk qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, komanda B qrupunun lideri "Gəncə" ilə oyunun gedişində 15 xal geri düşsə də, sonda rəqibini 85:79 hesabı ilə məğlub edib.
30 xal toplayan Zayon Yanq qələbədə böyük pay sahibi olub.
