Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Millimizin yeni baş məşqçisi əsas hədəfini açıqladı
    6.12.2024 11:56:54

    "Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir".

    Prosport.Az xəbər verir ki, bunu kişi boksçulardan ibarət millinin yeni baş məşqçisi Ravşan Xocayev federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

    Mütəxəssis müstəqillik illərində ölkə boksunda belə nəticənin olmadığını bildirib: "Əlbəttə ki, buna idmançıların, məşqçilərin və federasiya rəhbərliyinin köməyi ilə çatmaq olar. Azərbaycan boksu həmişə dünyada liderlik edib. Nəriman Abdullayev, Vaqif Şirinov, Məmməd Eyvazov kimi məşqçilər həmişə Yay Olimpiya Oyunları və dünya çempionatlarından medallarla qayıdıb, çempionluq sevinci yaşayıblar”.

    Özbəkistanlı baş məşqçi təyinatı ilə bağlı danışıb: “Son üç olimpiadada mən də iştirak etmişəm, Azərbaycan boksçularını izləmişəm. Onlar olimpiadalarda gümüş və bürünc mükafatlar qazanıblar. Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Boksdan danışsaq, şəxsən mən bir mütəxəssis kimi düşünürəm ki, yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır. Ölkənin çox sayda istedadlı oğlanlarının olduğu rayonlarında şərait yaratmaq və gələcək üçün həmin bölgələrdə boksu inkişaf etdirmək lazımdır. İnanıram ki, biz buna nail olacağıq”.

    R.Xocayevin sözlərinə görə, 2023-cü ilin sentyabrından Azərbaycan boksçularının uğurlu çıxışı üçün müxtəlif yaş qruplarına nəzarət edib və bu, öz bəhrəsini verib: “Məni ötən ildən Azərbaycan Boks Federasiyasının texniki direktoru vəzifəsinə dəvət etdilər. İşim yığmalara nəzarət etmək və hazırlıq proseslərində iştirak etmək idi. Məşqçi olduğum üçün kənarda qala bilmədim, boksçu hazırlamağa, gənclər və Elbrus Rzayevin çalışdığı 19-22 yaşlılardan ibarət komandaların hazırlığına kömək etməyə başladım. Onunla birlikdə iki qızıl medal əldə etdiyimiz Avropa çempionatında yaxşı nəticələr qazandıq. Son illərdə 19-22 yaşlılar arasında iki Avropa çempionatında da maksimal nəticələrə imza atdıq. Monteneqroda təşkil olunan gənclərin dünya çempionatında da yaxşı nəticələr göstərdik. Qızıl medal qazanmasaq da, nəticələrin pis olmadığını düşünürəm. Çünki Azərbaycan boksçuları Kuba, Rusiya, Qazaxıstan kimi ölkələrdən olan güclü rəqibləri məğlub etməyə başladılar”.

    Boks

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Döyüş növləri

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved