Azərbaycan Basketbol Liqasının V turunda "Abşeron" "Neftçi"yə qalib gəlib.
Prosport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun görüşündə birincilər 72:56 hesablı qələbəyə sevinib.
Bununla da "Neftçi" ardıcıl 5-ci görüşdə də məğlub olub.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Quba" "Ordu"nu 101:75, "Sərhədçi" isə NTD-ni 84:79 hesabı ilə üstələyib.