Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Azərbaycan klubu dünya çempionlarını heyətinə qatdı – ADLAR
    27.11.2024 22:17:22

    "Murov Azterminal" kişi voleybol klubu heyətini gücləndirməkdə davam edir.

    Prosport.Az-ın xəbərinə görə, Bakı klubu Rusiyadan 3 oyunçu transfer edib. Bunlar Nikita Alekseyev, Aleksey Samoylenko və Vladislav Jlobadır. 

    Diaqonal oyunçu ampluasında çıxış edən Nikita Alekseyev "Qazprom-Yuqra"dan gəlib. 32 yaşlı voleybolçu 2018-ci ildə Kazan "Zenit"i ilə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. 2011-ci ildə isə U-21-lər arasında dünya çempionluğunu qazanıb. Rusiya Superliqasının, ikiqat Rusiya Kuboku və ikiqat Rusiya Superkubokunun qalibi olan voleybolçu ilk dəfə legioner karyerasını məhz Azərbaycanda keçirəcək.

    Aleksey Samoylenko da Alekseyev kimi, Tatarıstan klubu ilə 2018-ci ildə Çempionlar Liqasının və klublarası dünya çempionatının qalibi adını qazanıb. Blokçu ampluasında oynayan voleybolçu 2019-cu ildə Rusiya millisi ilə Millətlər Liqasının qalibi olub. O həmçinin, ikiqat Rusiya çempionu, dördqat Rusiya Kuboku, dördqat Rusiya Superkubokunun qalibidir. Ötən mövsüm PAOK-la Yunanıstan Superkubokunu qazanmış 39 yaşlı voleybolçunun son klubu Rusiyada "Dinskaya" olub. O, dünya reytinqində 373-cü (ümumilikdə bu il üçün 285-cidir) idmançıdır ki, bu da Azərbaycan çempionatında oynayan Top-500 voleybolçu sırasında olması deməkdir.

    42 yaşlı Vladislav Jloba da ilk dəfə legioner karyerasını "Murov Azterminal"da keçirəcək. Onun son klubu Rusiyada "Apsnı" komandası olub. Jloba toppaylayıcı mövqesində çıxış edir.

    Qeyd edək ki, cari mövsüm Azərbaycan Kubokunda 3-cü olmuş "Murov Azterminal" həmçinin, Mehdi Ablu, Sina Əsgərpur, Möhsün Vazehi (hər üçü İran) və Sepe Baytens (Belçika) adlı voleybolçuları da transfer edib. Son olaraq Çində oynamış kubalı Xose Antonio Sandoval Roxas isə transfer edilsə də, müəyyən səbəblərdən geri qaytarılacaq.

    Səbuhi Musa

    Top oyunları

    Azərbaycan Superliqasında yeni mövsüm başlayır

    6.11.2026 11:02:59
    Top oyunları

    Azərbaycan təmsilçisi cavab oyununa çıxır

    5.11.2026 10:01:34
    Voleybol

    "Turan"dan azarkeşlərə jest: Biletlər pulsuz olacaq

    4.11.2026 17:12:45
    Top oyunları

    Çempionlar Liqası: Azərbaycan təmsilçisindən səfər qələbəsi

    3.11.2026 21:48:00
    Voleybol

    Azərbaycan klubu Çempionlar Liqasında "Sportinq"ə uduzdu

    3.11.2026 20:51:12
    Voleybol

    Çempionlar Liqası: "Turan" Bolqarıstan səfərində, "Xilasedici" "Sportinq"ə qarşı

    3.11.2026 10:00:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kayak və kanoeçilərimiz beynəlxalq yarışın mükafatçıları olublar

    8.11.2026 11:17:15

    "Təcrübə çatışmazlığı özünü göstərdi" - Tahir Baxşıyev

    8.11.2026 10:03:35

    Millimizin sabiq futbolçusu "Sivasspor"a qarşı 84 dəqiqə oynadı

    7.11.2026 23:44:17

    Azərbaycanlı futbolçu "Hapoel"ə qarşı oynadı, komandası qələbə qazandı

    7.11.2026 23:12:00

    Azərbaycan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 2-ci medalını qazandı

    7.11.2026 22:33:41

    "Neftçi" İK Zəfər Gününə həsr olunan güləş turniri keçirib

    7.11.2026 22:07:49

    "Almeydaya "Məşqçilik çox ağır işdir" dedim" – Rəşad Sadıqov

    7.11.2026 21:40:33

    "89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçi üçün ağır zərbədir" – Yeton Bekiri

    7.11.2026 21:26:48

    "Ardıcıl qələbələrə görə çox xoşbəxtəm" - "Neftçi"nin yunan məşqçisi

    7.11.2026 21:09:13

    Premyer Liqa: "Zirə" "Qəbələ"ni əliboş yola saldı - VİDEO

    7.11.2026 20:30:42

    Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinalda

    7.11.2026 20:15:23

    "Son 2 oyunda 4 xalımız əlimizdən alınıb" – Zaur Həşimov

    7.11.2026 19:22:33

    Çövkən Liqasının qalibi "Sərhədçi" oldu

    7.11.2026 19:20:07

    "Heyətdə ciddi zədə problemlərimiz var" – Yuri Maksimov

    7.11.2026 19:16:42

    Gəncədə derbi olacaq

    7.11.2026 18:38:04
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved