Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    “Sabah”la liderlik matçına çıxacağıq" – Naxçıvan təmsilçisinin baş məşqçisi
    27.11.2024 09:36:15

    “Naxçıvan” komandası Azərbaycan Basketbol Liqasının IV turunun açılış oyununda "Abşeron"a 72:68 qalib gəlib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra hər iki komandanın türkiyəli baş məşqçisi fikirlərini bildirib:

    Murat Dikmən (“Naxçıvan”): "İlk olaraq “Abşeron” kollektivini təbrik edirəm, çox yaxşı komanda formalaşdırıblar. Yaxşı mübarizə aparırlar. Əslində böyük fasilədən öncə artıq öz oyunumuzu göstərməyə başladıq. 2-ci periodda fərqi bir qədər azaltdıq. Böyük fasilədə basketbolçularıma oyun planını dəyişdirməli olduğumuzu bildirdim. Çünki rəqibimiz bizi yaxşı analiz etmiş və ona uyğun hazırlaşmışdı. Biz də ona görə matç planını dəyişdirdik. Müdafiədə inamlı oyunun bizə qalibiyyət gətirəcəyini düşünürdük. Həqiqətən 3-cü və 4-cü periodda müdafiədə yaxşı oyun sərgilədik. Son periodda rəqibi 8 xalda saxlamaq bizim üçün çox vacib idi. Qarşılaşmanın sonunu da çox yaxşı oynadıq. 3-cü periodda əslində rəqibi yaxalamışdıq, lakin orada kiçik səhvlər etdik və yenidən 11 xallıq fərq yarandı. İlk periodda fərq çox idi. Bu cür geridönüşlər etmək çox asan deyil. Həm mənəvi, həm də fiziki vəziyyətinizi çox aşağıya endirir. Bu cür reaksiya göstərdiyi üçün komandama "çox sağ ol" deyirəm. Hələ mövsümün əvvəlindəyik və məğlubiyyətsiz davam edirik. Növbəti həftə “Sabah” BK ilə liderlik matçına çıxacağıq. O görüşdə də belə çıxış etsək, istədiyimizi əldə edə bilmərik. Bu qarşılaşmadan lazımı dərsləri çıxarıb önümüzə baxmalıyıq".

    Ərhan Tokər ("Abşeron"): "İlk olaraq onu deyim ki, oyunumuzu inkişaf etdirmişik. İlk dövrələrdə bunu sübut etdik. Yaxşı oyun sərgilədik. 2-ci hissədə isə əvvəlki günlərimizdəki kimi oynamağa başladıq. Yəni, rəqib bir qədər sərt oyuna keçid edən kimi və hakimlər də buna imkan verən kimi biz öz oyunumuzu itirdik. Rəqibin bəzi özəllikləri var idi ki, biz bunu bilirdik. Bu istiqamətdə hazırlaşsaq da, oyun ərzində bunları sanki unutduq. Bir sözlə, bizim üçün bu, çox acı məğlubiyyət idi. Qalib gəlməli oyunu uduzduq. Bu bir az da legioner oyunçularımızın bəzilərinin çox təcrübəli olmaması ilə əlaqəlidir. Bu isə biz məşqçilərin işidir. Onları inkişaf etdirmək və lazımı səviyyəyə çatdırmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved