Basketbol millimizin təcrübəli oyunçusu Zaur Paşayev yığmadakı karyerasını bitirib.
Prosport.Az-ın xəbərinə görə, 41 yaşlı basketbolçu İsveçrə ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində 76-cı oyununu keçirərək yığma karyerasına son qoyub.
Qeyd edək ki, Zaur Paşayev Azərbaycan Basketbol Liqasında mübarizə aparan "Quba" komandasının kapitanıdır.
