İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinə yeni təyin olunan Mehman Əlimov "Neftçi"dən ayrılacaq.
Bu barədə Prosport.Az-a "Neftçi" PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
Qeyd edək ki, Mehman Əlimov sözügedən vəzifədə futbol veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevi əvəzləyib. O bunadək "Neftçi"də təşkilati işlər üzrə menecer vəzifəsində çalışırdı.

