"Neftçi" İdman Klubunun basketbol komandası heyətini 2 yeni oyunçu ilə gücləndirib.
Klubdan Prosport.Az-a verilən məlumata görə, amerikalı basketbolçular – Camal Brentli və DeAncelo Stüart ilə rəsmi müqavilə imzalanıb.
31 yaşlı Camal Brentli əvvəllər Portuqaliya və Yeni Zelandiya çempionatında çıxış edib.
29 yaşlı DeAncelo Stüart isə ötən mövsüm qış fasiləsindən sonra çıxış etdiyi "Neftçi" ilə Azərbaycan Kubokunu qazanıb. O, cari mövsümdə "Neftçi"yə 2-ci qayıdışınadək Kabo Verdenin "Kriol Star" komandasında oynayıb. Stüart daha əvvəl isə Kanada, Çexiya, Gürcüstan, Yunanıstan, Kosovo, Səudiyyə Ərəbistanı, Norveç və Portuqaliyada legioner karyerası yaşayıb.
Qeyd edək ki, "Neftçi" daha 3 amerikalı oyunçunun transferini həyata keçirəcək.
