"Neftçi" basketbol komandası 4 oyunçu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, “ağ-qaralar” ABŞ-dan olan Ayzeya Lyuis, Alonzo Kempbel, Broderik Robinson və Bobi Harvi ilə vidalaşıb.
Həmin oyunçular bu mövsümün əvvəlində “Neftçi”yə transfer olunmuşdular. Komanda sonuncu olduğu üçün baş məşqçi Anar Sarıyevlə də yollar ayrılıb.
